Bakıda Gənclərin III Ümumrespublika Teatr Festivalı keçiriləcək
Bakıda Gənclərin III Ümumrespublika Teatr Festivalı start götürür. Layihənin ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Sözügedən layihə Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsidir.
Qeyd edək ki, festivala 2 il ərzində 250-yə yaxın istedadlı, yaradıcı gənc qoşulub. Möhtəşəm ART – kampları, ölkənin ən tanınmış incəsənət və mədəniyyət xadimlərinin ustad dərsləri ilə yadda qalan festival sentyabrın sabahdan start götürür.
Əsas məqsəd gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etməkdir. Qaliblər isə 1-ci yer üçün 3000 AZN, 2-ci yer 2000 AZN, 3-cü yer üçün isə 1000 AZN qazan qazanacaqlar.(azadinform.az)