Bakıda güclü yanğın – VİDEO

Bakıda yanğın hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Yasamal rayonunda, Nizami küçəsi 1 ünvanı ilə Nəriman Nərimanov heykəli arasında yerləşən yaşıllıq ərazidə qeydə alınıb. Ərazidə kolluq qəfildən alışıb və yanmağa başlayıb. Nəticədə geniş yaşıllıq od tutub.

Qısa zaman ərzində qara tüstü ətrafı bürüyüb. Havanın küləkli olması isə alovun genişlənməsinə səbəb olub.

Əraziya yanğınsöndürənlər hadisə baş verəndən 20 dəqiqə sonra gəliblər./BAKU.WS/