Bakıda HADİSƏ: Avtomobillə vurduğu qadını öz qohumunun evinə apardı – Piyada evdə öldü

Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini E.Məmişova vurulub.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, noyabrın 6-da saat 13 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Ağazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Elyanə Məmişovanı vurub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə N.Ağazadə xəsarət almış E.Məmişovanı həmin qəsəbədə yaşayan qohumunun evinə aparıb və təcili tibbi yardım stansiyasının həkimləri gələnədək E.Məmişova orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.