!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda iki piyadanı maşın vurub, onlardan biri ölüb

!Reklam – Yazi

imagesBakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Fərid Şahmarlı idarə etdiyi avtomobillə yolu keçən piyadalar – Bakı şəhər sakinləri, 1948-ci il təvəllüdlü Qiymət İbrahimovanı və 1960-cı il təvəllüdlü Xədicə Kərimovanı vurub hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilən piyadalardan Q.İbrahimova orada ölüb. X.Kərimovanın vəziyyəti isə ağırdır.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən sürücünün Fərid Şahmarlı olması müəyyən edilib və o saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Nərimanov rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası ilə bağlı birgə məlumat yayıb.

Bakı şəhər Prokurorluğundan APA-ya daxil olan birgə məlumatda qeyd olunub ki, iyulun 19-da saat 14 radələrində Bakı şəhər sakini Fərid Şahmarlı idarə etdiyi “Brilliance” markalı, 01-AB-055 dövlət nömrə nişanlı avtomobillə paytaxtın Nərimanov rayonu ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyadalar – Qiymət İbrahimova və Xədicə Kərimovanı vuraraq qaçıb, nəticədə Q.İbrahimova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, X.Kərimova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

662
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv