Bakıda ilk gəmilər…
Ələt qəsəbəsinin ərazisində inşa edilən Beynəlxalq Dəniz Limanı bir həftə sonra ilk yükünü qəbul edəcək.
Artıq ilk sınaq gəmilərini qəbul edən limanın ümumi ərazisi 400 hektardır. Tikinti işləri üç mərhələdə aparılır. İlkin mərhələdən sonra liman kompleksində ildə 10 milyon tona qədər yük və 40 min konteyner işləniləcək.
İkinci mərhələdə bu rəqəmlər müvafiq surətdə 17 milyon tona və 150 min konteynerə çatdırılacaq. Üçüncü mərhələdə isə limanın yükaşırımı gücü ildə 25 milyon tona və 1milyon konteynerə bərabər olacaq.
Tikintinin icraçı rəhbəri Hilal Sadıqovun sözlərinə görə hazırda Xəzər dənizində 52 və 28 vaqonluq tutumu olan gəmilər fəaliyyət göstərir. Eyn anda iki gəmi körpüyə yan ala bilər, bu zaman həm yüklü, həm də yüksüz vaqonlara körpü xidmət göstərə bilər.