Bakıda itkin düşmüş qadın 2 ildir tapılmır - FOTO

media-hightechnic-468x90

Paytaxın Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan 42 yaşlı Ruqiyyə Rzayeva 2021-ci ilin iyun ayında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Yenicag.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

“Onun əlamətləri belədir: Boyu təxminən 156 sm., arıq bədən quruluşlu, qarabəniz, qara buruq saçlı, gözlərinin rəngi qəhvəyidir. Sol əl-qol nahiyəsində böyük yanıq, hər iki ayağında isə kiçik ölçülü kəsik izləri var. Şəkildəki qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin (012) 454-22-22 şəhər və (050) 221-16-56 ; (055) 252-22-22 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur”. – məlumatda vurğulanır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa