Bakı şəhərinin Nərimanov rayonunda yanğın baş verib.
Yenicag.az FHN-ə istinadən xəbər verir ki, yanğın dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 m² olan kafedə qeydə alınıb.
Məlumata görə, kafenin yanar konstruksiyaları 10m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
www.yenicag.az