Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin iclasının tarixi bilindi

media-hightechnic-468x90

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasının ilkin keçiriləcəyi tarix məlum olub.

“APA-Economics”in əldə etdiyi məlumata görə, tədbirlərin martın 3-də Bakıda keçirilməsi planlaşdırılır, lakin qeyd olunan tarix dəyişə bilər.

“Tədbirlərin keçirilməsi martın əvvəlinə nəzərdə tutulub. İlkin məlumata görə, bu, 3 mart tarixində baş tutacaq, lakin tarix dəyişə bilər”, – mənbə bildirib.

Qeyd edək ki, tədbirə bir sıra ölkələrdən nazirlər, nazir müavinləri, digər yüksək səviyyəli nümayəndələr, maliyyə institutları və enerji şirkətləri qatılacaq.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa