Azərbaycanda avtomobillərin kirayə götürülməsi son dövrlər daha geniş yayılıb.
Yenicag.az xəbər verir ki, əsasən toy məclisləri, əlamətdar günlər və rayonlara səfərlər zamanı kirayəyə götürülən avtomobillərin qiyməti modelinə və istehsal ilinə görə dəyişir.
Kirayə avtomobil verilərkən ilk növbədə qarşı tərəfin sürücülük vəsiqəsinin olması şərtdir. Bundan sonra tərəflər arasında razılaşmaya uyğun müqavilə bağlanır.
Bakıda fəaliyyət göstərən “Rent a Car” salonları arasında apardığımız araşdırma zamanı kirayə avtomobillərin qiymətlərini müəyyənləşdirilib. Belə ki, avtomobilin ən ucuz birgünlük kirayə qiyməti 45 manatdan başlayır.
Kirayə avtomobillərlə bağlı ümumi qiymətləri təqdim edirik:
Ekonom avtomobilin günlük kirayəsi 45 – 60 manat, həftəlik 320 – 400 manat;
İdman avtomobilinin günlük kirayəsi 70 – 1 400 manat, həftəlik 470 – 9 000 manat;
Biznes avtomobilin günlük kirayəsi 80 – 1 400 manat, həftəlik 550 – 9 000 manat;
Premium avtomobilin günlük kirayəsi 250 – 1500 manat, həftəlik 1 500 – 9 000 manat.
Biznes avtomobilin günlük kirayəsi 80 – 1400 manat, həftəlik 550 – 9000 manat./bakuws
www.yenicag.az