Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda kuryoz olay: Yaşlı qadının evində yemək yedi, sonra pulunu oğurladı

Bakıda kişi qadının evində yemək yeyib sonra da oğurluq edib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə jurnalist Ləman Əliəşrəfqızı tərəfindən ictimailəşdirilib.

Paylaşımda qeyd olunub ki, oğurluq edən şəxs qaçarkən müşahidə kamerasına düşüb:

“Hadisə qonşumuz Elmira adlı yaşlı qadının başına gəlib. Oğurluq edən şəxs Elmira nənənin bankomatdan pul çəkdiyini görüb. Yaxınlaşıb ona, əlindəki zənbilə kömək etmək təklifini edib. Elmira nənə də kimsəsiz qadındır, övladı yoxdur, tək yaşayır, bəlkə də həm də bu səbəbdən onunla evə qədər birlikdə gəlib. Yolda oğlan deyib ki, kirayə qalır, işsizdir, hətta səhər içdiyi yarım stəkan çayın üstündədir. Elmira nənə onu evinə dəvət edib, dolma qızdırıb, salat hazırlayıb. O, mətbəxdə bu işləri görəndə, “igid” də Elmira nənənin əl çantasında “səliqə-səhman” işləri görüb. Arvadın 300 manat pulunu qoyub cibinə, sonra da yarpaq dolması ilə salatdan nuş edib çıxıb aradan”.

www.yenicag.az

183
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100