Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Rahat"da narahatlıq: Marketdə oğurluq anı - VİDEO

“Rahat” marketlər şəbəkəsinin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7 ünvanında (Papanin) yerləşən filialında oğurluq hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə yanvar ayının 2-də gecə saat 04:21 radələrində qeydə alınıb.

Təqribən orta yaşlı naməlum şəxs Hərbi Hospitalla üzbəüz yerləşən marketin şüşəsini daşla qıraraq içəri daxil olub. Özü ilə 29 ədəd siqaret, 8 ədəd saqqız, 2 energetik içki və bir kassa aparatını götürən şəxs ərazidən uzaqlaşıb.

İlkin qiymətləndirməyə görə, market sahibinə 337 manat dəyərində maddi ziyan dəyib

Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə məlumat verilib. Ərazidə olan hüquq-mühafizə orqanları əməkdaşları marketdən təqribən 30 metr aralıda oğurlanmış kassa aparatını yararsız vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır. (Report)

www.yenicag.az

2195
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100