Bakıda maskalı şəxs marketə basqın edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenciag.az-a verilən məlumata görə, oktyabrın 25-də saat 22 radələrində nazirliyin “102 – Zəng Mərkəzi”nə Suraxanı rayonu ərazisindəki marketlərin birindən soyğunçuluq edilməsi barədə müraciət daxil olub.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları dərhal Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsindəki həmin marketə gedib, müvafiq tədbirlər görüb.
Araşdırmalarla məlum olub ki, saat 22 radələrində mağazaya girən maskalı şəxs kassadakı pulları açıq talama yolu ilə aparmağa cəhd göstərib. Lakin kassir qadın onunla əlbəyaxa olduğundan və səs-küy saldığından istəyinə nail ola bilməyib və oranı tərk edib.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Elməddin Bayramov olduğu müəəyn edilib.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az