Bakıda məişət tullantıları yandı

media-hightechnic-468x90

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsində yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yol kənarında təqribən 40 kv.m sahədə məişət və təkər tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600