Bakıda mənzildən çürümüş meyit tapılıb
Bakıda bir neçə gün öncə palaza bükülmüş qadın meyiti tapılıb.
Hadisə Sabunçu qəsəbəsində baş verib.
S.Bedni küçəsində yaşayan 1953-cü il təvəllüdlü Araz Abizadənin evindən pilləkənlərin altından qadın meyiti tapılıb.
Rusiya vətəndaşı 1970-ci il təvəllüdlü Qalina Leonidovna Korçaqinin çürümüş cəsədi palaza bükülmüş formada tapılıb.
Araşdırma zamanı A.Abizadə deyib ki, 2014-cü ilin dekabrın 26-da Q.Korçaqina onun evində qəflətən ölüb. O da qorxudan polisə məlumat verməyərək meyiti palaza bükərək gizlədib.
Sabunçu Rayon Prokurorluğunun müstəntiqi Ceyhun Hümbətov açıqlamasında bildirib ki, ekspertiza təyin edilib: “Hələ ki, meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Kimyəvi ekspertizanı rəyindən sonra qiymət verəcəyik”.
Məlumata görə, A.Abizadə və Q.Korçaqin hər ikisi içki düşkünü olub. Son 3-4 ili ər-arvad kimi bir yerdə yaşayıblar.
Faktla bağlı araşdırma aparılır(qafqazinfo).