Bakıda növbəti intihar cəhdi

media-hightechnic-468x90

85411Bakı sakini intihara cəhd edib. Hadisə Ziya Bünyadov prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində yerləşən 3 mərtəbəli binada baş verib.
Nərimanov rayonunda qeydiyyatda olan 1986-cı il təvəllüdlü Cəfərov Ceyhun Şövkət oğlu sərxoş halda yaşadığı evin damına çıxaraq, intihar etmək istəyib. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib. Danışıqlar zamanı məlum olub ki, 28 yaşlı Ceyhun Cəfərovun intihara etməsinə səbəb mənzil problemidir. O, özü üçün bir otaqlı ev istəyir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu fikrindən daşındırıblar.

Ceyhun Cəfərov Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə aparılıb. (apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600