Bakıda oğurluq edənlər saxlanıldı

media-hightechnic-468x90

 

Nəsimi rayonunun müxtəlif ərazilərində bir neçə nəfərə məxsus içərisində 1815 manat dəyərində qızıl bilərzik, 200 manat, mobil telefon, kosmetik əşyalar, sənədlər və bank kartları olan çantaların oğurlanması barədə polisə məlumatlar daxil olub.

Yenicag.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 45 yaşlı Ə.Mirzəquliyev, 65 yaşlı R.Eminov və bir qadın müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600