İyulun 20-də saat 1:00 radələrində üzərində dövlət qeydiyyat nişanları olmayan “Lexus” markalı avtomobildə Abşeron rayonu ərazisindəki otellərdən birinin qarşısına gələn naməlum sürücü ilə oranın mülki gözətçisi arasında münaqişə baş verib.
Yenicag.az DİN-in saytına istinadən xəbər verir ki, sürücü avtomobildə hadisə yerini tərk etdikdən 15-20 dəqiqə sonra geriyə qayıdıb odlu silahdan havaya atəş açıb, avtomobilini arxaya verərkən orada dayanan “Toyota” markalı avtomobili vurub və oranı tərk edib.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin dövlət qeydiyyat nişanları müəyyən edilib və hadisəni törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakini Ramil Mirzəyev tutulub. Ondan “Stoger” markalı ov tüfəngi götürülüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.
www.yenicag.az