!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda polis özünü güllələdi

Bakıda polis ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb.

“Report”un xəbərinə görə, hadisə bu gün günorta saatlarında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də qeydə alınıb.

Belə ki, QSC-nin Mühafizə üzrə Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadə xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Nəticədə Y.İnqilabzadə hadisə yerində dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

128
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100