Bakıda qadın evdən 3 min manat oğurladı

Bakı şəhərində qadın evdən 3 min manat oğurlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3 min manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S. Nəsirova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.