Bakıda şagirdlər müəllimi döyüb? - AÇIQLAMA

media-hightechnic-468x90

Bakıda 17 nömrəli məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkədə yayılan videoya aydınlıq gətirilib.

Yenicag.az xəbər verir ki, Bakı şəhəri 17 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar əsassızdır:

“Ümumiyyətlə 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir. Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır” – deyə məlumatda qeyd olunub.

 

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa