Ermənistan Rusiyaya nota verdi

media-hightechnic-468x90

Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Səfirə dövlət telekanalının efirində verilən bəyanatlardan dərin hiddət ifadə edən etiraz notası təqdim olunub.

XİN-in məlumatına görə, dövlət telekanalının proqramının efirində verilən bəyanatların Ermənistan Respublikasının suverenliyinə qarşı qəbuledilməz təcavüz, düşmənçilik təzahürü olduğu və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin təməl prinsiplərini kobud şəkildə pozduğu səfirin diqqətinə çatdırılıb.

Qeyd edək ki, rusiyalı jurnalist Vladimir Solovyov efirdə Ermənistanda “xüsusi hərbi əməliyyat”ın aparılmasının mümkünlüyünü bildirib./APA/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa