Uitkoff və Əraqçi İrandakı vəziyyəti müzakirə etdi

media-hightechnic-468x90

İranın xarici işlər naziri Abbas Əraqçi ölkədə davam edən etiraz və iğtişaşlar fonunda həftəsonu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla əlaqə saxlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Axios” iki məlumatlı mənbəyə istinadən bildirib.

Agentlik qeyd edib ki, bu, nüvə danışıqlarının dalana dirənməsinə və iki ölkə arasında təhdid mübadiləsinə baxmayaraq, Vaşinqton və Tehran arasında birbaşa əlaqə kanalının hələ də açıq olduğuna dair ilk işarədir.

Məlumata görə, Əraqçi və Uitkoff yaxın günlərdə görüş keçirmək imkanını müzakirə ediblər.

Mənbələr onların telefon danışığı və ya məlumat mübadiləsi apardığını təsdiqləməyib. Ağ Ev və Dövlət Departamenti də şərh verməkdən imtina edib.

Vaşinqton administrasiyasının rəhbəri Donald Tramp bazar günü bildirib ki, İran bir gün əvvəl ABŞ-yə nüvə sazişi ilə bağlı danışıqlar aparmağı təklif edib.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ötən həftə jurnalistlərə ABŞ-nin İranla yeni sazişlə bağlı danışıqlara açıq olduğunu söyləyib./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa