"Virusa antibiotik vurulmur!" – Professor Adil Qeybulla evdə "sistem" qoyduranlara SOS siqnalı verdi

media-hightechnic-468x90

Ev şəraitində vena daxili infuziyaların, el arasında “sistem” adlandırılan prosedurların aparılması ciddi sağlamlıq riskləri yaradır və ağır fəsadlara, hətta ölümlə nəticələnə bilər.

media-adilqeybulla-e1644176478726-768x403

Mövzu barədə Yenicag.az-a açıqlama verən professor Adil Qeybulla bu cür tibbi müdaxilələr yalnız tibb müəssisələrində, müvafiq avadanlıq və ixtisaslı personal tərəfindən həyata keçirilməli olduğunu deyib. Onun sözlərinə görə, ev şəraitində infuziyaların aparılması dünyanın heç bir yerində qəbul edilən tibbi praktika deyil:

“Ev şəraitində vena daxili infuziyaların və ‘sistem’ dediyimiz prosedurların aparılması dünyanın heç bir yerində yoxdur. Burada məsələ təkcə sterillik deyil. Baxmayaraq ki, sterillik tibbin əsas aparıcı prinsiplərindən biridir, sterillik haqqında real anlayışın olmaması çox ağır fəsadlara gətirib çıxara bilər”.

Professor qeyd edib ki, bu cür prosedurlar zamanı baş verə biləcək ağırlaşmalar, xüsusilə anafilaktik reaksiyalar xəstənin həyatını birbaşa təhlükə altına qoyur:

“Ev şəraitində infuziyalar zamanı ağırlaşmalar, anafilaktik reaksiyalar baş verə bilər. Belə hallarda xəstəyə dərhal ilkin tibbi yardım göstərilməsi həyati əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, antibiotik və digər inyeksiyalardan sonra ev şəraitində ölüm halları hələ də davam edir”.

Professor xüsusilə antibiotiklərin düzgün istifadə edilməməsinə diqqət çəkib:

“Virus infeksiyaları zamanı antibiotiklərin işlədilməsi dünyanın heç bir yerində yoxdur. Antibiotiklərin virusa təsiri yoxdur, onlar yalnız bakteriya və göbələklərə təsir edir. Antibiotiklərin boş yerə istifadəsi zəifləmiş orqanizmdə yan təsirləri gücləndirə və əlavə fəsadlara səbəb ola bilər”.

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa