Bakıda sərnişin avtobusu ilə TIR toqquşdu - Xəsarət alan var / FOTO

media-hightechnic-468x90

Binəqədi rayonu DSK yolu adlanan ərazidə “Üç qardaş” MMC-nin müvəqqəti istismarında olan 91 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata görə, daşıyıcının verdiyi məlumata görə yük (TIR) avtomobili nasazlıq səbəbindən yolun kənarında dayansa da qəza dayanma işıqlarını qoşmayıb.

Avtobusun sürücüsü Sərdar Həsənquliyev yük avtomobilini gördükdə əyləcə basıb, lakin yol sürüşkən olduğundan hər iki nəqliyyat vasitəsi toqquşub. Nəticədə avtobusda olan bir nəfər sərnişin xəsarət alıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600