Bakıda şokolad sərgisi

media-hightechnic-468x90

1f84d349746c27de38a9871608c354b5Bakıda Muzey Mərkəzində “Nikolya Şokolad Muzeyi” müəllif sərgisi açılıb. Yenicag.az apa-ya istinadən xəbər verir ki sərginin açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev qeyd edib ki, sərgidə ümumi çəkisi 700 kiloqramdan çox olan 250-dən artıq şokolad məmulatı, şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər və kompozisiyalar nümayiş etdirilir.

Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib ki, məşhur şokolad ustası Nikolay Popov məxsusi Bakı sərgisi üçün Azərbaycana həsr olunmuş silsilə şokolad incəsənət əsərləri hazırlayıb. Çəkisi 70 kiloqramdan çox olan “Qız qalası” şokolad miniatürü sənətkarın ən ağır heykəlidir.

N.Popov dünyada çəkisi 200 kiloqramdan çox olan ən böyük şokolad rəsminin – “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş əsərinin təqdimatını keçirib.

Sərgi iyunun 28-dək davam edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600