Azərbaycanda alışı, satışı və istifadəsi qanunla qadağan olunmuş soyuq silahlar sosial şəbəkələrdə açıq şəkildə satışa çıxarılır.
Bunların içərisində daha çox üzük formasında beşbarmaqlar, bank kartı, qolbaq və digər forma və ölçüyə malik bıçaqlar var. Satışa çıxarılan məhsulların bəyənmə sayı və şərhlər həmin silahlara böyük marağın olmasından və alıcılarının çoxluğundan xəbər verir.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, kapitalizm сəmiyyətində insan həyatı son plandadır:
“Azad bazar iqtisadiyyatıdır. Müqavilə bağlayıb gətirib satırlar”.
Bəs soyuq silahların bu cür açıq satışı qanun pozuntusu sayılırmı və buna görə cəza mövcuddurmu?
Hüquqşünas Emil Aslanov bildirib ki, Cinayət Məcəlləsinin 228-ci maddəsinə əsasən, soyuq silahı qanunsuz olaraq əldə etmək, satmaq, gəzdirmək (ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna edilməklə) qanunla qadağandır:
“Bu əməllər törədildikdə 320 saatdan 400 saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
www.yenicag.az