Bakıda sürücü əlinə METRƏ ALDI: Polisin yazdığı cəriməyə yerindəcə etiraz etdi - VİDEO

media-hightechnic-468x90

Bakıda sürücülər arasında tez-tez mübahisə doğuran dayanma-durma qaydaları ilə bağlı növbəti narazılıq qeydə alınıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, paytaxt sürücülərindən biri ona yazılan cərimənin əsassız olduğunu iddia edərək, məsafəni hadisə yerindəcə metrə ilə ölçüb. Şikayətçi bildirir ki, yolayrıcında nəzərdə tutulan 5 metrlik məsafə düzgün hesablanmayıb və bu səbəbdən tərtib olunmuş protokol hüquqi baxımdan mübahisəlidir.

Bu hadisə İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinin tətbiqi zamanı ölçmə metodikasının necə aparılmalı olduğu sualını yenidən gündəmə gətirib.

Şikayətçinin iddiasını olduğu kimi təqdim edirik:

“Yolayrıcında dayanma-durma qaydaları tətbiq edilərkən əsas sual budur: 5 metrlik məsafə dəqiq haradan hesablanır? İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə tərtib edilən protokolların hüquqi əsası birbaşa məsafənin düzgün təyin edilməsindən asılıdır. Məsafənin yanlış nöqtədən ölçülməsi protokolun mübahisələndirilməsinə tam zəmin yaradır. Qanunvericilik hərəkət hissələrinin kəsişmə nöqtəsindən etibarən hansı hesablama metodikasını nəzərdə tutur? Hesablama yanlışdırsa, cərimə də qanunsuzdur”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05