Bakıda təcili tibbi yardım maşını yanıb

media-hightechnic-468x90

Bakı şəhərində iki avtomobil yanıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin(FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus “DAEWOO” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər avtomobil yanğını Sabunçu rayonunda qeydə alınıb.

Bakı şəhəri, Sabunçu rayonunda Səhiyyə Nazirliyinin balansında olan “Mercedes” markalı təcili tibbi yardım avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 23:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa