Bakıda ticarət dövriyyəsinin həcmi artıb

media-hightechnic-468x90

Cari ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisə 4,6 faiz artaraq 8 milyard 483,3 milyon manat olub.

media-banner_tkm

Yenicag.az Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz artaraq 4 milyard 782,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,6 faiz artaraq 3 milyard 701 milyon manata bərabər olub.

İstehlak məhsullarının 37,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 10,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05