Bakıda tikinti şirkətinə basqın edib xeyli pul apardılar

media-hightechnic-468x90

107779_res_01Bakıda tikinti şirkətinə quldur basqını olub.

Yenicag.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə avqustun 28-də gecə saat 04:00 radələrində baş verib. Belə ki, naməlum şəxslər “Qaraçay” tikinti şirkətinin ofisinə soxularaq oradan içi pulla dolu olan seyfi aparıblar.

Xətai Rayon Polis İdarəsindən vesti-az-a verilən məlumata görə, basqınçılar ofisin mühafizəçisi, 1948-ci il təvəllüdlü Zama Əbdülseyid qızı Bəşirovanı bıçaqla hədələyərək onun əl-qolunu bağlayıblar. Daha sonra ofisə girərək içində 50 min manat və şirkətin sənədləri olan seyfi oğurlayıblar.

Basqınçıların şəxsiyyəti hələ müəyyən edilməyib. Polis faktla bağlı araşdırma aparır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600