Bakıda tozun miqdarı normadan artıqdır

media-hightechnic-468x90

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Yenicag.az xəbər verir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.

R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub:

“Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa