Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur

media-hightechnic-468x90

Bakıda üç gölün tullantılardan təmizlənməsinə başlanılacaq.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş üzrə departamentində Beynəlxalq investisiya fondları və donorlarla əməkdaşlıq şöbəsinin müdiri Günel Quliyeva WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Plastik çirklənməsi ilə mübarizə: yaşayış üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” adlı tədbirdə deyib.

O qeyd edib ki, İqtisadiyyat Nazirliyi və Dünya Bankı arasında yeni layihələrin icrası planlaşdırılır:

“2025-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi olaraq Dünya Bankı ilə birgə həyata keçirilən Bakı qrant layihəsinin icrasını təmin etmişik. Layihənin əsas məqsədi şəhər idarəçiliyinin dəstəklənməsi, ictimai xidmətlərin inkişafı və yaşıl iqtisadi fəaliyyətlərin həyata keçirilməsi istiqamətində texnologiyaların tətbiqidir.

Qrant layihəsi çərçivəsində növbəti mərhələdə Dünya Bankı ilə yeni layihələrin icrası planlaşdırılır və hazırda bu istiqamətdə işlər davam etdirilir. Layihənin əsas komponentlərindən biri Bakı ətrafındakı üç gölün — Böyükşor, Zığ və Xocahəsən göllərinin təmizlənməsidir.”

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05