Bakıda universitet müəlliməsi həbs edildi
Bakıda keçmiş universitet müəlliməsi ikinci dəfə tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Arifə Hacıyeva tutulub.
Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəlliməsi Arifə Hacıyeva və Bakı şəhər sakini Lyudmila Məmmədova 2010-cu ildə guya Qroznı Dövlət Neft İnstitutunu bitirməsi barədə diplomu Bakı şəhər sakini Orxan Nağıyevə 12 500 dollara satdıqları üçün tutulublar(apa).