Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda Uşaq konfransı davam edir

usaq konfransi 15Bakıda “3R – Reuse, Reduce, Recycle” (“Yenidən istifadə et, Azalt, Çeşidlə”) şüarı altında keçirilən III Beynəlxalq Uşaq Konfransı davam edir. Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-in təşkilatçılığı ilə keçirilən konfransda Almaniya, Latviya, Macarıstan, Ukrayna, Rusiya, Belarusdan olan nümayəndələr iştirak edir.

Konfansın ikinci günü iştirakçıların Balaxanıda yerləşən “Təmiz Şəhər” ASC-ə aid tullantıların çeşidlənməsi və yandırılması zavodlarına səfərlə başlayıb. Qonaqlara zavodların gördüyü işlər və ekologiyanın qorunmasına olan qatqısı barədə məlumat verilib.

İştirakçılar, həmçinin Heydər Əliyev Mərkəzində olublar. Mərkəzdə Heydər Əliyev Muzeyi və buradakı sərgi zalları, tarixi və müasir ekspozisiyalar barədə məlumat olan uşaqar 7 saatadək davam edən məşğələlərə qatılıblar. Məktəblilər 5 qrupa bölünərək ekologiya, tullantıların yenidən istifadə olunması kimi mövzularda rəsmlər çəkiblər. “Göllər və çaylar”, “Dənizlər və çimərliklər”, “Meşələr və dağlar”, “Çöllər və bağlar”, “Parklar və şəhər” mövzularında qrup işləri görən məktəblilər ətraf mühitin qorunması ilə bağlı müzakirələrə qatılıblar. Layihə çərçivəsində təlimçilər və xarici ekspertlər üçün seminar keçirilib.

Tədbir 15 Noyabr – Ümumdünya Tullantıların İdarəçiliyi günü yekunlaşacaq. (azvision.az)

Loading...

www.yenicag.az

396