!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yağışın yaratdığı FƏSADLAR: “Məsuliyyət bu qurumların üzərinə düşür”

!Reklam – Yazi

“Drenaj sisteminin olmaması, suların yollardan çəkilməməsi, bir sıra ərazilərin su altında qalmasına şərait yaradıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Bakı ərazisində intensiv yağışların yağması nəticəsində paytaxt yollarının su altında qalması barədə danışan Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bu hallar bizi məsələyə ciddi diqqət yetirməyə yönəldir.

“Əlbəttə, yağışların yağması nəticəsində hər hansı faciənin yaşanması hamımız üçün üzücüdür. Bu bizi məsələyə daha ciddi diqqət yetirməyə yönəldir. Şəhər təsərrüfatı olaraq biz iqlimin sərt tələblərinə daha ciddi qarşılıq verə biləcək hazırlığa sahib olmalıyıq. Burada drenaj sisteminin olmaması, suların yollardan çəkilməməsi, bir sıra ərazilərin su altında qalmasına şərait yaradıb. Avtomobillərin, sərnişinlərin hərəkəti xeyli çətinləşib. Bu dünyanın hər yerində baş verən bir hadisədir, amma, gərək, buna maksimum dərəcədə hazırlıqlı olaq və təhlükəni minimuma endirə bilək”, – deyə o bildirib.

Deputat qeyd edib ki, bu kimi məsələlərdə bundan sonra təbii şərtləri də nəzərə almaq lazımdır:

“Çünki bundan heç kim sığortalanmayıb. Hazırda bu istiqamətdə dövlət orqanları da müəyyən işlər görürlər və yağışın fəsadlarının ortadan qaldırılması üçün fədakarlıq edirlər. Ümid edək ki, bundan sonrakı mərhələdə daha az zərərlə bu prosesləri keçmək mümkün olacaq. Hər halda, yolların bu cür proseslərə, şəhər təsərrüfatına hazır olması başlıca vəzifələrdən biri olmalıdır. Çünki qarşıdan qış mövsümü gəlir, müəyyən çətinliklər gözlənilə bilər. Fikrimcə, bu məsələdə ciddi işlər görülməlidir”.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə deyib ki, məsuliyyət aidiyyəti qurumların üzərindədir.

“Yağışların yağması ilə paytaxt yollarının su altında qalmasında əsas məsuliyyət həmin yolları çəkərək istifadəyə verən qurumlardadır. Onlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Bu məsələni onlar nizamlamalı, problemdən çıxış yolunu göstərməlidirlər”, – deyə mütəxəssis fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

58
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv