Yenicag.az xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli binanın beşinci mərtəbəsində vətəndaş Rüstəmova Xatirə İslam qızına məxsus üçotaqlı mənzilin eyvanında baş verdiyi və hər an mənzilə, eləcə də qonşu mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq xüsusi təyinatlı texnikanın – avtonərdivanın tətbiqi ilə yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək mənzilə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində mənzilin eyvanının lambirindən ibarət üzlük hissəsi və əşyaları 3kv.m sahədə yanıb, yüksək temperaturdan eyvanın qapısı və eyvanda quraşdırılmış kombi aparatı qismən əriyib.
Mənzil yanğından mühafizə edilib.
www.yenicag.az