Bakıda yol qəzasından sonra insidentlə bağlı ekspertizalar təyin edildi

media-hightechnic-468x90

Bakıda küçə yol qəzasından sonra baş verən insidentlə bağlı araşdırma aparılır.

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli “Report”a bildirib ki, sentyabrın 4-də paytaxtın Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsindən qaynaqlanan insident barədə polisə məlumat daxil olub. Aparılan araşdırmalarla “Toyota” markalı avtomobilin sürücüsünün piyadanı vurması, daha sonra isə sürücü və piyadanın yanında olan digər şəxs arasında mübahisə yaranması müəyyənləşdirilib. Mübahisə edən tərəflərin xəsarət dərəcələrinin müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin olunub. Ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa