Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda yollarda yaranan sıxlığın SƏBƏBLƏRİ

Bakı şəhəri ərazisində sıxlıq yaranan yolların siyahısı açıqlanıb.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumatda bildirilir ki, Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq,Avtovağzal metro stansiyasının yaxınlığına qədər,20 Yanvar dairəsi istiqamətində), Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq,DİN Hospitalın qarşısına qədər olan hissə,20 Yanvar dairəsi istiqaməti üzrə nisbətən sıxlıq müşahidə olunur. Sıxlığa səbəb nəqliyyat vasitələrinin çoxluğudur.

Həmçinin səhər saatlarında Binəqədi şosesi – (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur).

Heydər Əliyev prospekti – Köməkçi yol- (Koroğlu metro stansiyasını keçdikdən sonra,Bağırov körpüsü istiqaməti,eyni zamanda Şəhər mərkəzi istiqamətində), Alı Mustafayev küçəsi – Köməkçi yolda – Ziya Bünyadov prospekti istiqamətindəki sıxlıq davam etməkdədir və demək olar ki, nəqliyyat vasitələrinin hərəkəti dayanmış vəziyyətdədir. Səbəb olaraq,yolun sağ tərəfində nəqliyyat vasitələrinin dayanmasını göstərmək olar.

www.yenicag.az

191
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100