“Paytaxt Bakıda yoluxma halları əsasən Nəsimi, Yasamal və Binəqədi rayonlarında müşahidə olunub”.
Yenicag.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı məlumat verib.
Ramin Bayramlı bildirib ki, koronavirusa yoluxanların 50 faizi Bakı şəhərinin payına düşür:
“Bakıdan sonra Sumqayıtda yoluxanların sayında çoxluq var. Son günlər isə Gəncə və Lənkəranda virusa yoluxanların sayı artıb. Bu artımın əsas səbəbi əhalinin karantin rejiminə ciddi əməl etməməsi və tətbiq olunan qaydalara laqeyd yanaşmasıdır”.
Gülşən Şərif
www.yenicag.az