miti

Bakıdakı Qərb səfirlikləri müxalifət partiyalarını Milli Şuranın 11 sentyabr mitinqinə qatılmağa təşviq edir; müxalifət funksioneri deyir ki, mitinqin arxasında ABŞ, Fransa və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri durur; ekspertlər bunun Azərbaycan hakimiyyətinə təzyiq etmək məqsədi daşıdığını düşünürlər…

Qabil Hüseynli: “Milli Şuranın mitinqinə Qərb dairələri tərəfindən ciddi təbliğati dəstək var”
Milli Şura sentyabrın 26-da Azərbaycanda keçirilməsi nəzərdə tutulan konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumla əlaqədar sentyabrın 11-də “Məhsul” stadionunda etiraz mitinqi keçirmək barədə qərar qəbul edib.

Bundan əvvəl isə bəzi partiya liderlərinin intensiv şəkildə Qərb ölkələrinin Azərbaycandakı səfirliyinə çağırıldığı və görüşlərin keçirildiyi müəyyən olunub. Bu barədə araşdırmaçı jurnalist Eynulla Fətullayev geniş bir məqalə ilə çıxış etmişdi.

Mətbuatda gedən məlumata görə, avqustun 15-də saat 10.00-da Ümid Partiyasının nümayəndələri Ənvər Ağazadə və Elmar Abbaszadə Fransanın Azərbaycandakı səfirliyində olublar.

Avqustun 17-də isə REAL hərəkatının fəalları Rəsul Cəfərov və Erkin Qədirli ABŞ səfirliyinə gediblər və səfir Robert Sekuta ilə görüşüblər.

Image result for Erkin Qədirli

Avqustun 18-də saat 16.50-də jurnalist Xədicə İsmayıl Fransanın Azərbaycandakı səfirliyinə gedib və iki saat sonra oranı tərk edərək ADİSAD hüquq şirkətinə yollanıb.
Avqustun 19-da saat 14.40-da AXCP sədri Əli Kərimli Böyük Britaniya səfirliyində görünüb. Üç gün sonra isə REAL hərəkatının fəalları Erkin Qədirli və Azər Qasımlı səfirlikdə səfir Kerol Kroftsla görüşüblər.

Avqustun 23-də saat 15.10-da Əli Kərimli və Cəmil Həsənli ABŞ səfirliyini ziyarət ediblər. Növbəti gün Cəmil Həsənli yenidən Amerikanın səfirliyində olub.

Avqustun 25-də saat 11.35-də Müsavat başqanı Arif Hacılı bir saatdan artıq Britaniya səfirinin qonağı olub. 12.45-də isə NİDA hərəkatının rəhbərlərindən olan Turqut Qəmbər xanım Kerol Kroftsla görüşüb və o da bir saatdan artıq səfirlikdə ləngiyib.
Avqustun 29-da Arif Hacılı ABŞ səfirliyində, Əli Kərimli isə Avropa İttifaqının Bakıdakı nümayəndəlində olublar.

Image result for mitinq

Bu qədər diplomatik trafikdən sonra, nəhayət, avqustun 31-də Milli Şura mitinq təyin edib.

Digər partiyaların həmin mitinqə qoşulacaqları, ayrı mitinq keçirəcəkləri və yaxud heç bir aksiya təşkil etməyəcəkləri məlum deyil.

İndi isə bir sıra qaynaqlar iddia edirlər ki, artıq bir neçə gündür ki ABŞ səfirliyindən siyasi partiyaların, QHT-lərin, hərəkatların ofislərinə zəng edərək onları 11 sentyabr mitinqinə qoşulmağa dəvət edirlər. “Yeni Müsavat” qəzetinə bu cür məlumatlar bir -birindən ayrı, ən azı, 3 qaynaqdan çatıb. Burada məlumat mənbəyi kimi iki tanınmış müxalifətçi və QHT-lərdən birinin təmsilçisi çıxış edib. Onlar müxbirimizə iddia ediblər ki, Amerikanın Bakıdakı səfirliyi Milli Şuranın mitinqində iştirak etmək üçün digər siyasi partiya, vətəndaş cəmiyyəti fəalları və QHT-ləri təşviq edirlər.

Tanınmış müxalifət funksioneri “Yeni Müsavat”ın müxbirinə deyib: “Görünən odur ki, ABŞ və Qərb dairələri referendum ərəfəsində Azərbaycanda müxalifətin siyasi fəallığını təşkil etmək istəyirlər. Bizim düşərgədə belə bir əhval yaradılıb ki, sentyabrın 11-də Milli Şuranın təyin etdiyi mitinqin arxasında ABŞ, Fransa və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri durur”.

Fikrini soruşduğumuz ekspertlər bunun Azərbaycan hakimiyyətinə təzyiq etmək məqsədi daşıdığını düşünürlər.

Image result for Qabil hüseynli

Politoloq Qabil Hüseynli hesab edir ki, Milli Şuranın 11 sentyabr mitinqinə Qərb dairələri tərəfindən ciddi təbliğati dəstək var: “Qərbin referenduma münasibəti müsbət deyil. Bu səbəbdən də ölkə daxilindəki müxalifyönlü fikirləri, siyasi və vətəndaş təşkilatlarını hərəkətə gətirməyə çalışırlar. Milli Şuranın 11 sentyabr mitinqinə də, məncə, həmin dairələr tərəfindən ciddi dəstək var. Qənimət Zahidin ”Azərbaycan Saatı” və AzadlıqRadiosu vasitəsilə mitinqə ciddi dəstək verilir. Müxtəlif səfirliklərin siyasi partiyalar və QHT-lərlə əlaqələr var. Bu yollarla çalışırlar ki, mitinq izdihamlı, gözəgəlimli olsun. Onlar bundan istifadə edərək, Azərbaycanın hakimiyyət orqanlarına müəyyən təzyiqlər göstərmək istəyirlər. Ölkəmizdə onsuz da sosial durum ürəkaçan deyil. Bahalaşma, dolların mövcud vəziyyəti əhali arasında narazılıq yaradır. Qərbin müxtəlif dairələri də bu narazılıqdan öz maraqlarının reallaşdırılması istiqamətində istifadə etməyə çalışırlar. Buna görə də Milli Şuranın mitinqinin kütləvi alınmasına və geniştərkibli olmasına çalışırlar. Amma onu deyim ki, bu o qədər də asan iş deyil. Qərb nə qədər çalışsa da, istədiyinə asan nail olmaz. Sadəcə, mitinqin iştirak dərəcəsini müəyyən qədər artıra bilərlər. Amma onu özlərinin arzu etdikləri kimi izdihamlı, irimiqyaslı bir tədbirə çevirə bilməzlər. Çünki Azərbaycan cəmiyyətində arzu edilən durum formalaşmayıb. Üstəlik də siyasi müxalifətin daxilində siyasi inteqrasiya prosesləri baş tutmadı. AXCP və Müsavat arasında danışıqlar oldu. Amma AXCP Müsavatın mitinqdə iştirakına veto qoydu. Digər partiyaların isə siyasi xətlərini tutmaq da mümkün deyil. Onların əhaliyə təsir imkanlarının necə olduğunu da demək çox çətindir. Demək istəyirəm ki, 11 sentyabr mitinqinin arzu olunan səviyyədə alınması çətin olacaq”.

Politoloq onu da bildirdi ki, Qərb ölkələri darmadağın olmuş müxalifəti yenidən təşkil etməyə cəhd edirlər:”Qərb istəyir ki, Azərbaycan müxalifəti ayaqüstə qalsın. İndiyə qədər Müsavat daha çox AXCP ilə danışmağa naz edirdi. AXCP ilə qarşıdurmaya meylli kimi görünürdü. Amma Müsavatın indi AXCP-yə ”elçi” düşməsi, Əli Kərimlinin bunu rədd etməsi Qərb dairələrindən gələn bir göstəriş ola bilər. Qərbdə belə hesab edirlər ki, Müsavat artıq real siyasi müxalifət partiyası deyil. Onlar əsas gücü Əli Kərimlinin AXCP-si və Milli Şura ətrafında qoymaq istəyirlər. Millətin meylini də bu istiqamətə kökləmək istəyirlər. Etiraf edək ki, Qərbin çoxsaylı institutları, politoloqları, xüsusi xidmət orqanları ciddi şəkildə istəyirlər. Onlar əhalinin əhval-ruhiyyəsini proqnoz edirlər. Belə proqnozlar hər ay yekunlaşdırılır və yekun proqnoz ortaya çıxarılır. Onlar indi hesab edirlər ki, ölkədə narazılıq artan xətlə gedəcək. Ümid edirlər ki, narazı kütlənin bir hissəsi müxalifət ətrafında toplaşacaq. Bu prosesdən də Qərb dairələri bəlli niyyətlərini həyata keçirəcəklərini düşünürlər. Hakimiyyət bütün bunları nəzərə almalıdır”./sfera.az/

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 21
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."