Bakıdakı qətlin təfərrüatları – Qadın hamilə imiş

media-hightechnic-468x90

qetlfc21782a6Bakıda qeyri-rəsmi nikah münasibətində olduğu Altay Həsənov tərəfindən öldürülən Yasəmən Novruzovanın hamilə olduğu açıqlanıb.

Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, 34 yaşlı qadın qətlə yetirilərkən 4 aylıq hamilə imiş.

Xatırladaq ki, hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 37 yaşlı Altay Həsənov polisə qeyri-rəsmi nikah münasibətində yaşadığı həyat yoldaşı 34 yaşlı Yasəmən Novruzovanın itkin düşməsi barədə məlumat verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.

Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb. A.Həsənov tutulub.

Araşdırmalar davam etdirilir.(report)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600