Bakıdan Ukraynaya xüsusi aviareys təşkil ediləcək

media-hightechnic-468x90

“Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) mayın 11-dən Bakı ilə Kiyev arasında birbaşa xüsusi aviareys təşkil edəcək. Reys Ukrayna vətəndaşlarının, eləcə də bu ölkədə yaşayış hüququ olan şəxslərin geri qayıda bilməsi üçün həyata keçiriləcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata əsasən, təyyarə reysi mayın 11-də Bakı vaxtı ilə saat 15:30-da baş tutacaq. Təyyarə Kiyevə saat 18:30-da (yerli vaxtla) çatacaq. Biletləri aviaşirkətin rəsmi saytından almaq olar.

Səfirliyin yaydığı məlumatda koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda qalmağa məcbur olan Ukrayna vətəndaşlarının bu məlumatı digərləri ilə paylaşması xahiş olunur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05