Bakının bir sıra yollarında tıxac müşahidə olunur - SİYAHI

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində:

Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

Zərifə Əliyeva küçəsində;

Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

“20 Yanvar” dairəsində sıxlıq müşahidə olunur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600