Rusiyaya aid freqat La-Manş boğazında Britaniya yaxtasına xəbərdarlıq atəşi açdı

media-hightechnic-468x90

Rusiya Hərbi Dəniz Donanmasına aid “Admiral Qriqoroviç” freqatı La-Manş boğazında Britaniya yaxtasına xəbərdarlıq atəşi açıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

Məlumata görə, Rusiya gəmisinin heyəti Britaniya bayrağı altında üzən “Bright Future” yaxtasının təhlükəli şəkildə yaxınlaşdığını görüb.

Dənizçilər gəmi ilə bir neçə dəfə əlaqə saxlamağa çalışıblar, sonra siqnal səsləndirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, yaxta xəbərdarlıqlara cavab verməyib və yoluna davam edib. Gəmilər arasındakı məsafə təxminən 150 metrə enəndə freqat komandiri xəbərdarlıq atəşi açmağı əmr edib.

Daha sonra yaxta istiqamətini dəyişib və toqquşmadan yayınıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05