Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb etdi

media-hightechnic-468x90

Çin Böyük Britaniyanın Rusiya əleyhinə sanksiyalar paketi çərçivəsində Çin şirkətlərinə qarşı tətbiq etdiyi məhdudiyyətləri pisləyib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Çinin Böyük Britaniyadakı səfirliyinin bəyanatında deyilir.

Səfirlik bildirib ki, Pekin beynəlxalq hüquqa əsaslanmayan və Çin şirkətlərinin qanuni maraqlarına zərər vuran birtərəfli sanksiyalara qəti şəkildə qarşıdır. Çin tərəfi bu məsələ ilə bağlı Britaniya hökumətinə etirazını çatdırdığını vurğulayıb.

Bəyanatda, həmçinin qeyd olunub ki, Çin Ukrayna üzrə sülh danışıqlarını dəstəkləyir və ikili təyinatlı məhsulların ixracına ciddi nəzarət edir. Pekin Britaniyanı qərarına yenidən baxmağa və Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etməyə çağırıb.

Xatırladaq ki, Böyük Britaniya iyunun 16-da Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək 32 təşkilat və 11 fiziki şəxsi siyahıya daxil edib. Məhdudiyyətlər Çin, Türkiyə, Tailand, Nigeriya və Laosdan olan bir sıra şirkətləri də əhatə edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05