FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını aldı

media-hightechnic-468x90

Federal Təhqiqatlar Bürosu (FTB) və digər hüquq-mühafizə orqanlarının əməkdaşları həftəsonu Ağ Evin ərazisində keçirilən “UFC America 250” qarışıq döyüş sənətləri turniri zamanı planlaşdırılan hücumların qarşısını alıblar.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə FTB-nin direktoru Keş Patel məlumat verib.

“FTB və hüquq-mühafizə orqanlarının əməkdaşları iyunun 10-da Vaşinqtonda keçiriləcək “UFC America 250” tədbirinə potensial təhlükə ilə bağlı məlumat əldə ediblər. FTB, tərəfdaş qurumlar və Ədliyyə Nazirliyinin operativ tədbirləri nəticəsində bir neçə nəfər saxlanılıb, çoxştatlı əməliyyat zamanı isə planlaşdırılan hücumların qarşısı alınıb”, – deyə Patel bildirib.

Məlumata görə, əməliyyat çərçivəsində Ohio, Missuri və Kaliforniya ştatlarında beş nəfər saxlanılıb.

Öz növbəsində, “ABC News” xəbər verib ki, şübhəli şəxslər turnirin keçirildiyi Ağ Evin yaxınlığında yerləşən binalara pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücumlar təşkil etməyi planlaşdırıblar./Azərtac/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05