İran İsraili sərt cavab tədbirləri ilə hədələdi
İran Silahlı Qüvvələri Livandakı atəşkəs rejimini pozmağa son qoymayacağı təqdirdə İsrailə sərt cavab veriləcəyi ilə hədələyib.
Yenicag.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
“Xəbərdarlıq edirik: əgər İsrail ordusu Livanın cənubundakı təcavüzkar hərəkətlərini dayandırmasa, İran İslam Respublikasının qüdrətli Silahlı Qüvvələri tərəfindən sərt bir cavabla qarşılaşacağını gözləməlidir”, – deyə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının bəyanatında bildirilir.
Onların məlumatına görə, son iki gün ərzində İsrail ordusu Livandakı atəşkəs rejimini artıq 84 dəfə pozub.













