Ağ Ev Trampın Heqseti işdən çıxarmağı düşündüyü barədə şayiələri təkzib etdi

media-hightechnic-468x90

Ağ Evin mətbuat katibinin baş müavini Anna Kelli ABŞ prezidenti Donald Trampın Pentaqon rəhbəri Pit Heqseti və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffi İran sazişinə qarşı çıxdıqlarına görə işdən çıxarmağı düşündüyü barədə xəbərləri təkzib edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Kelli bu barədə öz “X” hesabında məlumat verib.

“Mən bu Danni Zaken haqqında heç vaxt eşitməmişdim. Ta ki o, Ağ Evlə əlaqə saxlamadan sistematik şəkildə saxta xəbərlər yaymağa başlayana qədər. Aydın olsun ki, bu təlxək nədən danışdığını bilmir və onun mənbələri, ehtimal ki, sadəcə beynindəki səslərdir”, – Kelli yazıb.

Qeyd edək ki, “Israel Hayom” qəzetinin köşə yazarı Denni Zaken qəzetdə Trampın İranla razılaşmanı tənqid etdiklərinə görə Pentaqon rəhbəri və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru da daxil olmaqla, administrasiyasının bir neçə yüksək vəzifəli üzvünü işdən çıxarmağı düşündüyünün iddia olunduğu məqalə dərc edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05