Bakının mərkəzində restoranda yanğın oldu - YENİLƏNDİ/VİDEO

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyi Səbail rayonu, Xaqani küçəsində yerləşən restoranda baş verən yanğınla bağlı məlumat yayıb.

Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Xaqani küçəsində ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri çağırış üzrə cəlb olunublar.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın havalandırma qurğusunda baş verən yanğın qısa müddətdə söndürülüb.

***

12:08

Bakı şəhərində restoran yanır.

Yenicag.az-ın məlumatına görə, yanğın Səbail rayonu, Xəqani küçəsində qeyd alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunublar./oxu.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa