!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının “TİLSİMLİ PROBLEMİ” – BNA buna niyə çarə tapmır? - VİDEO

!Reklam – Yazi

Bakıda sərnişindaşıma xidmətinin yarıtmazlığı ilə bağlı dəfələrlə yazılıb-deyilməsinə baxmayaraq, bu sahədə əsaslı dönüş yaradılmır.

Qeyd olunan sektorda vəziyyəti tənzimləməli olan Bakı Nəqliyyat Agentliyi (BNA) isə sərnişindaşımada mövcud olan xaosu aradan qaldırmaq əvəzinə, boş bəhanələrlə özünü təmizə çıxarmağa çalışır. Ancaq bu, real mənzərəni qətiyyən dəyişmir – səhər işə, axşam isə evə gedən on minlərlə vətəndaş BNA-nın “kəramət”i üzündən saatlarla yolda qalır.

Aktuallığı azalmayan bu məsələni Yenicag.az-a dəyərləndirən sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirib ki, bəhs olunan problemə görə məsuliyyət birbaşa BNA-nın üzərindədir:

“Havanın yağmurlu keçməsi ictimai nəqliyyatın fəaliyyətində ciddi problem yaradıb. Bunu nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə məşğul olan şirkətlərdən tələb etməlidir ki, xəttə buraxdıqları avtobusların sayını tələbata uyğunlaşdırsınlar və intervalı azaltsınlar.

Onsuz da pandemiya ilə əlaqədar ən böyük sərnişindaşıma strukturu olan metro bağlıdır və bu baxımdan, hazırda əsas yük yerüstü nəqliyyatın üzərinə düşür. Marşrut avtobuslarının hərəkət intervalı heç olmasa, pik saatlarında azaldılmalıdır ki, səhər işə, axşam isə evə gedən vətəndaşlar saatlarla dayanacaqlarda gözləmək məcburiyyətində qalmasınlar”.

Cəvahir

www.yenicag.az

1386
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv